BAKI, 23 sentyabr. TELEQRAF
"Baku Steel Company" Qapalı Səhmdar Cəmiyyətinin yeni yayma zavodunun yaradılmasının və tikişsiz boru istehsalı üzrə yeni güclərin formalaşdırılmasının dəstəklənməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, yüksək əlavə dəyərli qara metallurgiya məhsullarının istehsalının genişləndirilməsi, yüksək əlavə dəyərli polad məhsullarının istehsalı və ixrac imkanlarının artırılması planlaşdırılır.
Bundan başqa, tikişsiz boru istehsalının və ixracyönümlü yüksək əlavə dəyərli metal məhsullarının həcminin artırılması nəzərdə tutulur.