BAKI, 23 sentyabr. TELEQRAF

"Azəralüminium" MMC-nin Gəncə şəhərində yerləşən elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, alüminium yayma məhsullarının illik istehsal gücü 50 min tona çatdırılacaq, illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanları da qiymətləndiriləcək.

Həmçinin kalsinasiya və anodbişirmə zavodunun istifadəyə verilməsi və alüminiumun dərin emalı üzrə yerli istehsalın genişləndirilməsi nəzərdə tutulur.