BAKI, 23 sentyabr. TELEQRAF

Xalq artisti, rejissor Ramiz Həsənoğlu səhhəti barədə açıqlama verib.

Ramiz Həsənoğlu Teleqraf-a hazırda səhhətinin normal olduğunu bildirib.

“Xəstəxanadan evə buraxıldım, səhhətim normadır”, - Xalq artisti deyib.

Qeyd edək ki, Ramiz Həsənoğlu bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında əməliyyat olunub.