BAKI, 23 sentyabr. TELEQRAF
Azərbaycanda yerin təkindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə "Yerin təki haqqında" yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, geoloji məlumatların beynəlxalq hesabatlılıq standartlarına uyğunlaşdırılması və rəqəmsallaşdırılması, sənaye məqsədilə istifadə olunan torpaqların kateqoriyasının dəyişdirilməsi mexanizminin təkmilləşdirilməsi də planlaşdırılır.
Həmçinin dağ-mədən və metallurgiya sənayesində beynəlxalq standartlara uyğun laboratoriyanın yaradılması nəzərdə tutulur.