BAKI, 23 sentyabr. TELEQRAF
La Liqa təmsilçilərindən “Barselona”nın müdafiəçisi Andreas Kristensen zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan uzaq qala bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Barça Universal” məlumat yayıb.
30 yaşlı danimarkalı futbolçunun sol bud əzələsində problem aşkarlanıb. İlkin olaraq onun 4-6 həftə ərzində bərpa olunacağı bildirilsə də, Kristensenə yaxın mənbələr müalicə prosesinin iki aya qədər uzana biləcəyini qeyd ediblər.
Kristensen “Sevilya” ilə oyunda (3:1) zədələnib və qarşılaşmanın ikinci hissəsində əvəzlənib.
Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 7 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.