BAKI, 23 sentyabr. TELEQRAF
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üzrə ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə 3 məsələ daxil edilib.
İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat müzakirəyə çıxarılıb.
Eyni zamanda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi və cari məsələlər gündəliyə daxil edilib.