BAKI, 23 sentyabr. TELEQRAF
İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5.7% təşkil edib. Bu da iyuldakı analoji göstəriciyə nəzərən 0.1 faiz bəndi aşağıdır:
"İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.2%, ödənişli xidmətlər üzrə 5.0%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır," - deyə qurumdan bildirilib.