BAKI, 23 aprel. TELEQRAF
"Bəzən deyirlər paytaxt köçürülsün, amma biz bunu rasional hesab etmirik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfransda çıxışı zaman deyib.
O qeyd edib ki, paytaxtın köçürülməsi əvəzinə regionların inkişafı həyata keçirilməlidir: “İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış regionların inkişafını tamamlayan böyük sənəddir. Eyni zamanda Naxçıvanda reional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf edir”.
Komitə sədri bildirib ki, iqtisadi rayonlaşma sahəsində yeniliklər həyata keçirilir: “İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb ki, bu da regionların inkişaf etdirimləsi tədbirlərinin daha kompleks şəkildə inkişaf etdirilməsinə imkan verir”.