SUMQAYIT, 11 oktyabr. TELEQRAF
Sumqayıtda 79 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
1947-ci il təvəllüdlü Əliyev Xanməd Fəyaz oğlu yaşadığı evdə ehtiyatsızlıqdan kimyəvi məhlul qəbul edib.
O, ilkin olaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikologiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.