BAKI, 11 oktyabr. TELEQRAF

Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi Okinavada ABŞ dəniz piyadasının yerli qadını öldürməsi və qarət etməsi ilə bağlı dövlət katibi Marko Rubioya təəssüfünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün səmərəli tədbirlərin görülməsi məqsədilə məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Motegi, həmçinin ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Tokionun mövqeyini Rubionun diqqətinə çatdırıb. Yaponiya Baş naziri Sanae Takaiçi daha əvvəl Vaşinqtonun bu qərarı ilə bağlı narahatlığını ifadə edib.

Görüş zamanı Motegi və Rubio mürəkkəb təhlükəsizlik şəraitində Yaponiya ilə ABŞ arasında ikitərəfli müttəfiqliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək barədə də razılaşıblar.