BAKI, 11 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp İranı “çox pis ölkə” adlandıraraq Tehranın nüvə silahına sahib olmasına yol verilməməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp İranın nüvə silahına sahib olmasının yolverilməz olduğunu deyib.
“Tamamilə dəli bir insanın nüvə silahına sahib olmasına icazə vermək olmaz”, - deyə ABŞ lideri bildirib.
Tramp həmçinin İranı dünyada terrorizmi ən çox dəstəkləyən ölkə kimi təqdim edib.