BAKI, 11 oktyabr. TELEQRAF

Dnepr şəhərinə dron hücumu nəticəsində çoxmənzilli yaşayış binasının pəncərə və eyvanları zədələnib, avtomobillərə ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Onun sözlərinə görə, sübhə yaxın dron şəhərdəki çoxmənzilli binanın həyətinə zərbə endirib.

“Pəncərələr və eyvanlar zədələnib, avtomobillərə ziyan dəyib”, – A.Qanja bildirib.

Məlumata görə, həmin insident nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, gecə saatlarında Dnepr şəhəri bir neçə dron hücumuna məruz qalıb. Həmin hücumlar nəticəsində dörd nəfər yaralanıb.