BAKI, 11 oktyabr. TELEQRAF

ABŞ husi terrorçularının Səudiyyə Ərəbistanı Krallığına son hücumlarını, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən zərbəni kəskin şəkildə pisləyir.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkə hesabında yazıb.

Dövlət katibi hücum nəticəsində mülki şəxslərin, o cümlədən bir ABŞ vətəndaşının həlak olduğunu bildirib:

"Mənfur hücumlar günahsız mülki şəxslərin həyatına açıq-aşkar hörmətsizliyin göstəricisidir. Bu hücumlar dərhal dayandırılmalıdır. Biz Səudiyyə Ərəbistanı Krallığı və onun xalqının yanındayıq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk".