BAKI, 11 oktyabr. TELEQRAF

Nepalın Qorkha rayonunda baş verən qəfil daşqın nəticəsində yaşayış evləri, körpülər və infrastruktur obyektləri dağılıb, 4 nəfər itkin düşüb.

Teleqraf xəbər verir ki, “The Kathmandu Post” qəzetinin məlumatına görə, daşqın oktyabrın 11-də səhər saatlarında Budhi-Qandaki çayında baş verib.

Güclü su axını yaşayış evlərini, iki piyada asma körpüsünü və bir avtomobil körpüsünü yuyub aparıb.

Daşqın nəticəsində “Budhi-Qandaki” hidroelektrik stansiyası layihəsinin tikinti sahəsi və avadanlıqlarının bir hissəsi də dağılıb.

Hadisə yerində xilasetmə işləri aparılır. Daşqın nəticəsində 4 nəfərin itkin düşdüyü bildirilir.