BAKI, 11 oktyabr. TELEQRAF
Volodimir Zelenski ölkədə seçkilər keçirməlidir. O, bu münaqişəni dəfələrlə həll edə bilərdi.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
D.Tramp V.Zelenskinin sülh sazişi bağlamaq istəmədiyini vurğulayıb:
"Prezident Zelenski müharibəni dayandıra və ya dəfələrlə razılığa gələ bilərdi. Düşünürəm ki, Rusiya tərəfi razılaşma əldə etmək istəyir. Biz bu barədə qarşılıqlı müzakirələr aparmışıq. Bu məsələ dəfələrlə həll oluna bilərdi, lakin hansısa səbəbdən Zelenski razılığa gəlmək istəmir".
Ağ Ev rəhbəri V.Putinlə keçirilən son telefon danışığının təfərrüatlarına da toxunub:
"Prezident Putin münaqişənin həllini qətiyyətlə istəyir. Həmçinin Putin dünya bazarı üçün böyük həcmdə neft çıxarır və bunu çox aşağı qiymətə edir. Bu, yaxşı göstəricidir".