ŞƏMKİR, 11 oktyabr. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
2008-ci il təvəllüdlü Niyaməddin Quliyev bıçaq xəsarəti alıb.
İlkin ehtimala görə, hadisəni onun qardaşı, eyni yaşlı Xaləddin Quliyev törədib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.