BAKI, 11 oktyabr. TELEQRAF
Fransa millisinin sabiq futbolçusu Tyemue Bakayoko karyerasını Şotlandiyada davam etdirə bilməyəcək.
Teleqraf“Sky Sports”a istinadən xəbər verir ki, “Seltik” klubu 32 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaqdan imtina edib.
Bakayoko son həftələrdə Şotlandiya təmsilçisində sınaq müddətində olub. Lakin klub rəhbərliyi futbolçuya müqavilə təklif etməmək qərarına gəlib.
Qeyd edək ki, 2025-ci ilin iyulunda Yunanıstanın PAOK klubundan ayrılan fransalı yarımmüdafiəçi hazırda azad agentdir. O, karyerası ərzində İngiltərənin “Çelsi”, İtaliyanın “Milan” və Fransanın “Monako” klublarında da çıxış edib.