BEYLƏQAN, 11 oktyabr. TELEQRAF

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Tofiq oğlu Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Zərbənin təsirindən elektrik naqili qılaraq avtomobilin üzərinə düşüb. M.Səfərəliyev nəqliyyat vasitəsindən düşmək istəyərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.