BAKI, 11 oktyabr. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciət əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.