BAKI, 11 oktyabr. TELEQRAF

Hörmüz boğazında hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb. Hadisədən sonra gəmidə yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qurumun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəminin sol bortuna dəydiyini bildirib. Zərbədən sonra göyərtədə yanğın başlayıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.