BAKI, 11 oktyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.

Teleqraf xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “İmişli” Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Elvin Bayramovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq.

Hazırda “Qarabağ” 13 xalla turnir cədvəlinin 3-cü, “İmişli” isə 4 xalla 9-cu pilləsində qərarlaşıb.

Günün digər matçında “Şəfa” “Turan Tovuz”la üz-üzə gələcək. “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

Hazırda “Şəfa” 3 xalla 11-ci, “Turan Tovuz” isə 11 xalla 4-cü pillədə yer alır.

Azərbaycan Premyer Liqası

VII tur

16:00. “İmişli” – “Qarabağ”

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev

VAR: Vüqar Həsənli

AVAR: Teymur Teymurov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Azər Əsgərov

Yevlax şəhər stadionu

18:30. “Şəfa” – “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Mahmud Bağırzadə

VAR: Nicat İsmayıllı

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elçin Məmmədov

“SOCAR Polymer Arena”