BAKI, 22 aprel. TELEQRAF
Azərbaycanda “Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb.
Teleqraf xəbər verir ki, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə yeni anlayışlar daxil edilir. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
alış qiyməti – maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etməsi üçün ödənilən qalıq məbləğ;
geriyə maliyyə icarəsi – maliyyə icarəsi müqaviləsinə görə maliyyə icarəsi obyektinin satıcısı qismində maliyyə icarəsi alanın özünün olduğu və maliyyə icarəsi müqaviləsinin müddəti bitdikdən sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyekti üzərində mülkiyyət hüququnu əldə etmək öhdəliyini şərtləndirən maliyyə icarəsi;
maliyyə icarəsi – maliyyə icarəsi verən tərəfindən maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın sahibliyinə və istifadəsinə verilməsini nəzərdə tutan və aşağıdakı meyarlardan bir və ya bir neçəsinə cavab verən icarə:
1.1.3.1. maliyyə icarəsi müqaviləsində maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin maliyyə icarəsi alanın mülkiyyətinə verilməsi, yaxud maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi alanın maliyyə icarəsi obyektini müəyyən edilmiş və ya əvvəlcədən güman edilən qiymətə almaq hüququ müəyyən edilmişdir;
1.1.3.2. maliyyə icarəsi müddəti maliyyə icarəsi obyektinin istismar müddətinin 75 faizindən artıqdır;
1.1.3.3. maliyyə icarəsi müddəti qurtardıqdan sonra maliyyə icarəsi obyektinin qalıq dəyəri maliyyə icarəsinin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır;
1.1.3.4. maliyyə icarəsi müddəti ərzində ödəniləcək maliyyə icarəsi ödənişlərinin məbləği maliyyə icarəsi obyektinin maliyyə icarəsinin əvvəlinə olan bazar qiymətinin azı 90 faizinə bərabər və ya ondan artıqdır;
maliyyə icarəsi alan (bundan sonra – icarəçi) – maliyyə icarəsi müqaviləsinə əsasən maliyyə icarəsi ödənişləri müqabilində, müəyyən müddətə və müvafiq şərtlərlə maliyyə icarəsi obyektini sahibliyə və istifadəyə qəbul edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
maliyyə icarəsi fəaliyyəti – maliyyə icarəsi verənin öz vəsaiti və (və ya) cəlb edilmiş vəsait hesabına maliyyə icarəsi obyektinin maliyyə icarəsinə verilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti;
maliyyə icarəsi müqaviləsi – maliyyə icarəsi verənlə icarəçi arasında maliyyə icarəsi ilə bağlı münasibətlərin əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsini tənzimləyən yazılı razılaşma;
1.1.7. maliyyə icarəsi ödənişləri – maliyyə icarəsi obyektindən istifadəyə görə icarəçi tərəfindən maliyyə icarəsi verənin xeyrinə həyata keçirilən dövri ödənişlər;
1.1.8. maliyyə icarəsi verən (bundan sonra – icarəyə verən) – maliyyə icarəsi müqaviləsinin şərtlərinə əsasən satıcıdan əldə etdiyi maliyyə icarəsi obyektini maliyyə icarəsi ödənişləri müqabilində icarəçinin sahibliyinə və istifadəsinə verən kommersiya hüquqi şəxsi və ya xarici kommersiya hüquqi şəxsinin yerli filialı;
1.1.9. mühüm iştirak payı – icarəyə verənin nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.1.10. satıcı – alqı-satqı müqaviləsinə əsasən maliyyə icarəsi obyektini icarəyə verənin mülkiyyətinə verən şəxs, o cümlədən geriyə maliyyə icarəsi üzrə icarəçi;
1.1.11. ümumi dəyər – alış qiyməti də daxil olmaqla maliyyə icarəsi ödənişlərinin ümumi məbləği;
1.1.12. vətəndaş qüsursuzluğu – icarəyə verənin idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, icarəyə verənin nizamnamə kapitalında mühüm iştirak payının sahiblərinin, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin, habelə benefisiar mülkiyyətçilərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə uyğun olması faktı.
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.