BAKI, 22 aprel. TELEQRAF
İcarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.
Layihəyə əsasən, bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilib.
Layihədə icarəyə verən, icarəçi və satıcı arasında maliyyə icarəsi münasibətlərinin qurulmasının xüsusiyyətləri, maliyyə icarəsi müqaviləsinin forması, tərəflərin hüquq və vəzifələri, tərəflərin öhdəliklərindən irəli gələrək maliyyə icarəsi obyektinə tutma yönəldilməsinin xüsusiyyətləri tənzimlənib.