BAKI, 22 aprel. TELEQRAF
Mövcud normativ hüquqi baza “maliyyə icarəsi” fəaliyyət sahəsinin genişlənməsini və inkişafını tam dəstəkləmir.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.
Layihəyə əsasən, maliyyə icarəsini (lizinqi) səciyyələndirən və fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur, eyni zamanda bu sahənin dövlətin prudensial tənzimlənməsi və nəzarətindən kənar qalması maliyyə icarəsi verənlərin maliyyə bazarlarından əlavə resurslar cəlb etməsində çətinliklər yaradır.