BAKI, 21 aprel. TELEQRAF
İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.
Teleqraf xəbər verir ki, sözügedən məsələ "Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.
Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.