BAKI, 21 aprel. TELEQRAF

"Fəaliyyət hesabatının təqdim edilməsi ilə bağlı tələblər beynəlxalq aləmdə dövlət auditi üzrə Böyük Xartiya hesab olunan Lima Bəyannaməsində, eyni zamanda “Hesablama Palatası haqqında” Qanun və Milli Məclisin Daxili Nizamnaməsində təsbit edilib.

Teleqraf xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəhbərlik etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında Plenar iclasda çıxışı zamanı deyib.

O bildirib ki, qanunçuluq, obyektivlik, şəffaflıq, peşəkarlıq və qanunvericilikdə təsbit edilmiş digər prinsiplərə əsaslanaraq hesabat ilində həyata keçirdiyimiz bütün fəaliyyətlərin Hesabatda əhatəli əks olunmasına çalışmışıq: "Əvvəlki illərdə olduğu kimi, bu Hesabatda yeniliklər etmiş, fəaliyyətin kəmiyyət və keyfiyyət göstəriciləri ilə təsvirinə üstünlük vermişik.

Qanunla müəyyən edilmiş 23 vəzifəmiz barədə məlumat Hesabatda dolğun şəkildə şərh olunmuş, müvafiq vəzifələrin INTOSAI-ın prinsip, standart və təlimatlarına uyğunluğu əks etdirilmişdir.