"Azərbaycanda özəl reabilitasiya mərkəzləri ilə əlaqələndirmə baxımdan problem var. Bu qurumların mərkəzi dispanserlə koordinasiyasına yenidən baxılmalıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, bəzi özəl reabilitasiya mərkəzlərinin prosedurlara uyğunsuz fəaliyyəti gündəmə gəlmişdi:

“Hesab edirəm ki, özəl mərkəzlərin mərkəzi dispanserlə koordinasiyası önəmlidir. Xəstələrin qeydiyyatının aparılması vacib məqamdır. Çünki elə xəstə var, özəl mərkəzdə 10 dəfə reabilitasiya keçib, amma qeydiyyatı olmayıb. Sonradan o işə cəlb olunsa, reabilitasiya müddətini düzgün qiymətləndirmək mümkün olmur. Bu məsələyə nəzarətin gücləndirilməsi vacibdir”.