BAKI, 17 aprel. TELEQRAF
Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) deputatların və aidiyyəti üzrə qurumların təmsilçilərinin müzakirəsinə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunur.
Beləliklə Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Bərabər Dəyərli İş Üçün Kişi və Qadın İşçilərin Bərabər Ödənişi" adlı 100 saylı Konvensiya və digər normativ hüquqi aktlara əsasən, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır.
Bu sənədlər əmək haqqı ilə bağlı gender ayrı-seçkiliyini aradan qaldırmağı hədəfləyir.