BAKI, 4 aprel. TELEQRAF

Avropada ilk dəfə olaraq təkrar istifadə oluna bilən raket hazırlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə NSF portalı məlumat yayıb.

Bildirilib ki, “MaiaSpace” şirkəti “SpaceX”in “Falcon-9” raketləri ilə rəqabət aparacaq yeni daşıyıcı raket hazırlayır.

Şirkətin baş direktoru Yohann Leronun sözlərinə görə, Maia adlı raket 500-dən 4000 kiloqrama qədər faydalı yükü orbitə çıxarmaq qabiliyyətinə malik olacaq.

Onun birinci pilləsi dənizdə platformaya enərək yenidən istifadə üçün bərpa olunacaq. Bu, SpaceX-in Falcon raketləri ilə eyni prinsipə əsaslanır.

İlkin sınaq uçuşlarının 2026-cı ildə həyata keçirilməsi planlaşdırılır. Raketin buraxılışı Fransa Qvianasındakı Kuru kosmodromundan gerçəkləşdiriləcək.