BAKI, 14 iyul. TELEQRAF
"Dezinformasiya və manipulyasiya ilə mübarizədə jurnalistikada məsuliyyət məsələsinə diqqət edilməlidir, dəqiqlik çox vacibdir".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov IV Şuşa Qlobal Media Forumunda deyib.
O bildirib ki, həmçinin beynəlxalq və regional əməkdaşlıq olduqca vacibdir.
"Əməkdaşlığı inkişaf etdirməliyik. Şuşa Qlobal Media Forumu da buna bir nümunədir. Birlikdə müştərək şəkildə bu cür strateji platformalarda iştirak edərək həll yolları tapa bilərik. Beləliklə, mənfi təsirlər də azalar", - o vurğulayıb.