BAKI, 28 oktyabr. TELEQRAF
Bu gün Bakının Yasamal rayonu 225 saylı məktəbində media nümayəndələri zorakılığa məruz qalıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gün məktəbin 7-ci sinif şagirdi 4-cü mərtəbədən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə əlaqədar təhsil müəssisəsinə yollanan Real TV və Space TV-nin əməkdaşlarına məktəbin həyətində zorakılıq edilib.