BAKI, 19 oktyabr. TELEQRAF
Axar.az xəbər saytı 13 yaşını qeyd edir.
Teleqraf xəbər verir ki, 2013-cü il oktyabrın 19-da oxucularla ilk görüşünə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində olmaqla dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
Həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!