BAKI, 1 oktyabr. TELEQRAF

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Media və Yayım Şurasından Teleqraf-a bildirilib ki, ekskursiya zamanı qonaqlara müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini əks etdirən ekspozisiyalar barədə ətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyası, eləcə də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim edən müxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.