ŞUŞA, 14 iyul. TELEQRAF
İyulun 13-dən öz işinə başlayan və iki gün davam edən IV Şuşa Qlobal Media Forumu yekunlaşıb.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"na həsr olunan forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
İki gün davam edən forumda dünyanın müxtəlif ölkələrini təmsil edən media nümayəndələri, ekspert və rəsmi şəxslər iştirak ediblər. Forum müddətində bir sıra panel müzakirələr təşkil edilib.
Qeyd edək ki, forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin, media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib.