ŞUŞA, 14 iyul. TELEQRAF

Bu gün influenserlərlə jurnalistlər arasında çaşqınlıq yaranır.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Mərakeş Krallığının Audiovizual Rabitə üzrə Ali Orqanının (HACA) Prezidenti Lətifə Axarbax IV Şuşa Qlobal Media Forumunda deyib.

O bildirib ki, vətəndaşlar məlumatın kimdən gəldiyini başa düşməlidirlər.

"Texnologiyanı dayandırmalı deyilik, həqiqi tənzimləmələr aparmalıyıq. Alqoritmlərlə işləməliyik. Alqoritmlərin şəffaflığı çox vacibdir. Süni intellekt şəffaflığa imkan verməlidir. Hər kəsin qarşısında məsuliyyəti, şəffaflığı gücləndirməliyik. Jurnalistlər etikalarını, məsuliyyətlərini başa düşməlidirlər", - o vurğulayıb.