BAKI, 18 fevral. TELEQRAF

"Ev şəraitində müalicəm davam edir. Səhhətim yaxşıdır".

Bu sözləri Teleqraf-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov deyib.

"Birinci günü yenidən xəstəxanaya gedəcəm, analiz verəcəm. Analizlərin cavabına əsasən yenidən xəstəxanaya yerləşdirilib-yerləşdirilməyəcəyim dəqiqləşəcək", - deyə kinorejissor əlavə edib.

Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün öncə özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.