BAKI, 21 noyabr. TELEQRAF
“Disney” şirkəti məşhur “Evdə tək” (“Home Alone”) filminin yeni hissəsində aktyor Makoley Kalkinin çəkilməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “Variety” jurnalı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, layihə hələ ilkin hazırlıq mərhələsindədir. Filmin ssenarisi üzərində Set Rogen və Evan Qoldberq çalışırlar.
Yeni filmin süjet xətti və aktyor heyəti barədə ətraflı məlumat açıqlanmayıb.
Xatırladaq ki, Makoley Kalkin “Evdə tək” və “Evdə tək 2: Nyu-Yorkda itmiş” filmlərində Kevin Makkallister obrazını canlandırıb. Sonrakı hissələr isə onun iştirakı olmadan çəkilib.
Aktyor 2025-ci ilin noyabrında məşhur obrazına qayıtmaq ehtimalını istisna etmədiyini və mümkün davam filmi üçün ideyalarının olduğunu bildirmişdi.