BAKI, 17 fevral. TELEQRAF
Türkiyədə İstanbul Cümhuriyyət Baş Prokurorluğunun narkotik istintaqı çərçivəsində həyata keçirdiyi əməliyyat nəticəsində müğənni Murat Dalkılıç saxlanılıb.
Teleqraf xəbər verir ki, M.Dalkılıçla yanaşı aktyor İsmayıl Hacıoğlu, aktyor Kadir Doğulunun qardaşı, stilist Kemal Doğulu və musiqiçi Kaan Tangöze daxil olmaqla ümumilikdə 17 nəfər tutulub.