BAKI, 8 fevral. TELEQRAF

Gürcüstanın tanınmış müğənnisi və bəstəkarı Dato Kençiaşvilinin Bakıda solo konserti keçirilib.

Teleqraf xəbər verir ki, konsert proqramı Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyasının konsert salonunda baş tutub.

Gürcüstanın “qızıl səsi” hesab edilən ifaçı gürcü etnik musiqisini, unikal Qafqaz vokalını və folklor nümunələrini təqdim edib.

Müğənni konsert zamanı Azərbaycan xalq mahnısı “Sarı gəlin”i gürcü dilində ifa edib.