BAKI, 17 yanvar. TELEQRAF

Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunan "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində "Geyzer" müasir incəsənət sərgisi təqim edilib.

Teleqraf xəbər verir ki, sərginin açılış mərasimində Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak edib.

Doqquz rəssamın əsərlərindən təşkil edilən ekspozisiya neft bumu ilə bağlı tarixi mərhələyə müasir sənət dili ilə fərqli baxışdır.