Mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun artırılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Sənəddə bildirilir ki, Azərbaycan ədəbiyyatı mədəniyyətin inkişafında, eləcə də fərdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşmasında mühüm rol oynamaq potensialına malikdir.
Ədəbiyyatın rolunun artırılması, təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafı sistemli fəaliyyət şəklində həyata keçirilməlidir.