BAKI, 14 yanvar. TELEQRAF
Unudulmuş və ya unudulmaqda olan sənət növləri bərpa olunacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Qeyd olunub ki, teatrların fəaliyyəti, infrastrukturu və repertuarları təkmilləşdiriləcək, Azərbaycanın musiqi irsinin qorunması təmin olunacaqdır.