BAKI, 14 yanvar. TELEQRAF

Türkiyənin məşhur aktyoru Oktay Kaynarca haqqındakı ittihamları rədd edib.

Teleqraf xəbər verir ki, məhkəmə nəzarəti altında qalması şərti ilə azadlığa buraxılan aktyor Oktay Kaynarca ifadəsində bunları deyib:

“Mən həmişə narkotik kimi qadağan olunmuş maddələrə qarşı olmuşam Rabia Karacanın "Murat Gülibrahimoğlu ilə Oktay Kaynarcanın yaxın dost olduqları, narkotik və fahişəlik məclislərində bir-birlərinə qadın hədiyyə etdikləri" yönündə söylədiklərini qəbul etmirəm. Murat yaxın dostumdur, ancaq qadın alveri cinayətində vasitəçilik etməyim qəti mümkün deyil.

Mən Rabia Karaca adlı şəxsi tanımıram. Murat Gülibrahimoğlundan tanıtım filmi üçün 100 min dollar almışdım. Sonradan bu layihə həyata keçirilmədiyi üçün pulu geri qaytardım. Layihə ilə bağlı çəkiliş aparıldı, ancaq reallaşmadı".

Qeyd edək ki, ötən gün narkotik istintaqı çərçivəsində aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya saxlanılmışdı.