BAKI, 31 dekabr. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evə buraxılıb.

Bu barədə Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost məlumat verib.

"Nəriman Həsənzadənin müalicəsi ev şəraitində davam edəcək. Onun səhhəti yaxşıdır",- deyə A. Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Nəriman Həsənzadənin səhhətində aparılan müalicə nəticəsində müsbət dinamika qeyd olunub.

"Xalq şairi bu gün evə buraxılıb", - açıqlamada bildirilib.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. O, böyrək çatışmazlığından əziyyət çəkir.