BAKI, 30 dekabr. TELEQRAF
Xalq artisti Vaqif Mustafeyevin "Həyat, deyəsən, gözəldir" bədii filmi Kinorejissorlar Gildiyasinin "Qızıl pəri" mükafatına layiq görülüb.
Bu barədə Teleqraf-a Xalq artistinin özü məlumat verib.
O, qeyd edib ki, film mükafatı altı nominasiya üzrə alıb.
Qeyd edək ki, "Həyat, deyəsən, gözəldir" filmi 2022-ci ildə çəkilib.
Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.