BAKI, 11 dekabr. TELEQRAF
"Həyat yoldaşım hələ də xəstəxanadadır. Onun müalicəsi davam edir. Səhhəti normaldır".
Bunu Teleqraf-a Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Rauf Abdullayevin həyat yoldaşı Munisa Abdullayeva dirijorun səhhətindəki son vəziyyətdən danışarkən deyib.
Qeyd edək ki, 88 yaşlı Rauf Abdullayev bir aydan çoxdur ki, Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. O, halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.