BAKI, 8 dekabr. TELEQRAF

Luvr muzeyində baş vermiş su basması nəticəsində Misir antik əşyaları şöbəsinə aid kitabxana otağında 300–400 əsər zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə muzeyin baş inzibatçısının müavini Fransis Şteynbok BFM TV-yə bildirib.

Hadisə ötən həftə borunun partlaması səbəbindən baş verib və kitabxananın üç otağından biri su altında qalıb. Hazırda zərər dəymiş əsərlərin tam siyahısı hazırlanır.

Şteynbokun sözlərinə görə, zədələnən materiallar arasında XIX əsrə aid nadir kitablar, eləcə də Misirşünaslar və tədqiqatçılar tərəfindən istifadə olunan arxeoloji jurnal və vizual materiallar var. Kitabların səhifə-səhifə qurudulması və rütubətdən təmizlənməsi üzrə işlər aparılır.

Boru partlaması baş verən hissə sentyabrdan etibarən muzeyin ventilyasiya və istilik sistemlərinin əsaslı təmiri çərçivəsində yenilənəcək.

Luvr hazırda başqa bir böyük hadisənin də nəticələri ilə məşğuldur: 19 oktyabrda muzeyə daxil olan dörd oğru 8 dəqiqədə 88 milyon avro dəyərində 8 tac zinət əşyasını oğurlamışdı. Paris prokurorluğu bildrir ki, istintaq davam edir, dörd nəfər saxlanılıb, onlardan birinin izləri hadisə yerində aşkarlanıb.