BAKI, 5 dekabr. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadənin səhhəti stabil olaraq qalır.

Bunu Teleqraf-a Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O bildirib ki, Xalq şairinin müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində davam edir.

“Bir həftə əvvəl Nəriman Həsənzadə dializ üçün palatadan xəstəxananın reanimasiya şöbəsinə köçürüldü. Səhhətində dəyişiklik yoxdur",- deyə A.Mehmandost əlavə edib.

Mərkəzi Klinik Xəstəxanadan Teleqraf-ın sorğusuna cavabda isə bildirilib ki, Nəriman Həsənzadənin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.

"Xronik böyrək çatmamızlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru növbəti dəfə icra oluna bilər. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir",-deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrək çatışmazlığından əziyyət çəkir.