BAKI, 22 noyabr. TELEQRAF
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində başa çatıb.
Teleqraf xəbər verir ki, mərhum şairlə vida mərasimində ailə üzvləri və sənət dostları iştirak ediblər.
Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn edilib.
***
12:21
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində keçirilir.
Teleqraf xəbər verir ki, mərhumla vida mərasimində ailə üzvləri və sənət dostları iştirak edirlər.
***
11:11
Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn ediləcək.
Bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri xəyal Rza məlumat verib.
Qeyd edək ki, Arif Buzovnalı 53 yaşında bu gün səhər saatlarında yaşadığı mənzildə vəfat edib.