BAKI, 8 sentyabr. TELEQRAF
"Klassik Azərbaycan ədəbiyyatının zirvəsində dayanan Məhəmməd Füzuli haqqında film çəkilməsini istərdim. Təəssüf ki, bu günə qədər onun haqqında ciddi bədii film çəkilməyib".
Bunu Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Xalq yazıçısının sözlərinə görə, 12 ildir onun ssenarisi əsasında film çəkilmir: "Üç ssenarim var, amma heç birinin əsasında film çəkilməyib. Biri Cəfər Cəbbarlı haqqındadır.
Mənim klassiklərimiz Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Hüseyn Cavid haqqında filmlərim var. Həmin filmlər tele-kanallarda uğurla nümayiş etdirilir".